ABŞ-ın 8 ştatı su altında qala bilər

ABŞ-ın 8 ştatı su altında qala bilər

ABŞ-da leysan xarakterli yağışların səbəb olduğu subasma davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, subasma Missisipi çayının keçdiyi 8 ştatda müşahidə olunur. Çayda suyun səviyyəsi 4,2 metr qalxıb. Bildirilir ki, məcrasından çıxan çay çoxsaylı yaşayış məntəqələrini, avtomobil yollarını, kənd təsərrüfatı sahələrini su altında qoyub. Təhlükəsizlik tədbirləri çərçivəsində minlərlə insan təxliyə olunub. Bir neçə insan itkin düşmüş hesab olunur.

 

Ölkənin iri iqtisadi mərkəzlərindən biri olan Memfis şəhərində bəndlər uçub və şəhərin bəzi hissələri su altında qalıb. Həmin ərazilərdə yerləşən 10 neft emalı zavodunun təhlükə ilə üzləşdiyi qeyd edilir. Mütəxəssislər yağışların daha bir neçə gün davam edəcəyini proqnozlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə