4 mağazadan oğurluq edilib

Oğurluqda şübhəli bilinən Saatlı şəhər sakini E.Cəfərov və Sabirabad rayon sakini S.Mədətov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 4-də rayon ərazisindəki 4 mağazadan pul, sənəd, ərzaq məhsulları, tütün məmulatı və geyim əşyaları oğurlamaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar şəhər sakini E.Cəfərov və Sabirabad rayon sakini S.Mədətov saxlanılıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə