Sabirabadda yanğın

Sabirabad rayonunun Yenikənd kəndində ümumi sahəsi 260 m² olan talvarın taxta atmaları 10 m² sahədə və altına yığılan 15 ton ot bağlamasının 2 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Bütün xəbərlər Facebook səhifəmizdə