Bu gün səhər saatlarında Azərbaycanda vulkan püskürməsi qeydə alınıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, səhər saat 8 radələrində Qobustan rayonu ərazisində 300-400 metr hündürlükdə alovlu vulkan püskürüb.
Həmin ərazidə 200 il bundan əvvəl vulkan püskürməsi olub. 200 il ərzində 4 dəfə təkrarlanan vulkan sonuncu dəfə 1976-cı ildə qeydə alınıb. Həmin ərazi Hacıqabulun Udulu kəndinin yaxınlığındadır. Vulkan püskürməsi təxminən 40 dəqiqəyə qədər davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB