Bakıda 3 gözəllik salonundan və 1 mağazadan oğurluq edilib

Bakıda 3 gözəllik salonundan və 1 mağazadan oğurluq edilib

Yasamal rayonu ərazisindəki 3 gözəllik salonundan və 1 mağazadan oğurluq etməkdə şübhəli bilinən A.Həsənov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 26-cı və 27-ci Polis Bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 3 gözəllik salonundan pul və 3 ədəd mobil telefon, habelə 1 mağazadan 1400 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə