Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib
Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı binanın üçüncü mərtəbəsində ümumi sahəsi 60 kv/m olan mənzildə ev əşyaları 15 kv/m sahədə yanıb. Yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 10 kv/m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB