Bakıda evdən içərsində külli miqdarda pul olan seyf oğurlandı

Səbail rayonu ərazisindəki evlərin birindən pul olan seyfi oğurlamaqda şübhəli bilinən K.Sübaddin saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da rayon ərazisindəki evlərin birindən 10.000 manat, 10.000 ABŞ dolları və 10.000 avro pul olan seyfi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş K.Sübaddin saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə