Avtomobil qəzası 15 nəfərin ölümünə səbəb olub

Avtomobil qəzası 15 nəfərin ölümünə səbəb olub
Venesuelada aramsız yağan yağışlar insan tələfatına gətirib çıxarıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yağış bu dəfə avtomobil qəzasına səbəb olub. Belə ki, qəza sərnişin avtobusu ilə maye qaz daşıyan yük avtomobillərinin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində 15 nəfərə yaxın insan həyatını itirib, 20 nəfərdən çox insan yaralanıb.

Qeyd edək ki, hadisə paytaxtdan 250 km aralıda baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə