İki avtomobil toqquşdu: ölən və yaralı var

Tərtər rayonu ərazisində müəyyən edilməmiş avtomobillə rayon sakini İ.İsmayıllının idarə etdiyi avtomobil toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 29-da saat 13 radələrində Tərtər rayonu ərazisində müəyyən edilməmiş avtomobillə rayon sakini İ.İsmayıllının idarə etdiyi “Volkswagen” markalı avtomobil toqquşub.

Sürücü İ.İsmayıllı, sərnişinləri qardaşı Nahid və anası Güllü İsmayılova xəstəxanaya yerləşdirilmiş, anası aldığı xəsarətlərdən orada ölüb.

Tərtər RPŞ tərəfindən araşdırmalar aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə