İspaniyada zəlzələ: 10 ölü
İspaniyanın cənub-şərqində zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində bir neçə bina çöküb. İlkin məlumatda 10 nəfərin öldüyü bildirilib.

 

Rixter şkalasında 5,2 bal gücündə qeydə alınan zəlzələ İspaniyada həyəcan yaradıb. Belə ki ölkənin cənub-şərqində insanlar küçələrə çıxaraq çaxnaşma yaradıblar.

 

Bölgə səlahiyyətliləri çox sayda adamın yaralandığını, 2 nəfərin isə vəziyyətinin ağır olduğunu diqqətə çatdırıblar. Çökən binaların divarları nəqliyyat vasitələrini də yararsız hala gətirib.

 

Qeyd edək ki, əyalətdə təhlükəsizlik səbəbi ilə bir xəstəxana boşaldılıb, içərisindəki xəstələr isə başqa yerlərə nəql olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə