Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1000 m² olan bir dam altında tikilən obyektlərdən sahəsi 80 m² olan daş sexinin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan rezin qəliblər 80 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sexin qalan hissəsi və bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB