Avtomobildən pul və qızıl-zinət əşyaları oğurlandı

Bakı şəhər sakini R.Piriyevə məxsus avtomobil ehtiyat hissələrini və pulqabısını oğurlamaqda şübhəli bilinən N.Şahverdiyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.Piriyevin 550 manat dəyərində avtomobil ehtiyat hissələrini, içərisində 1300 manat və qızıl-zinət əşyası olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Şahverdiyev saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə