Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ş.Qədimov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Qədimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 30 qrama yaxın tiryək və 450 qram marixuana aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB