Oğurluq üstündə tutuldular

Sentyabrın 13-də S.İsmayılova məxsus velosipedi və skuteri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də S.İsmayılova məxsus velosipedi və skuteri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Həsənov və M.Quliyev saxlanılıblar. Şəxsi axtarış zamanı M.Quliyevdən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə