Avtomobillərdən oğurluq edən keçmiş məhkum tutuldu

Avtomobillərdən oğurluq edən keçmiş məhkum tutuldu

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Nemətov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-dən sentyabrın 14-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən ümumilikdə 860 manat pul, 3 ədəd mobil telefon və tibbi ləvazımatlar, habelə M.İsgəndərovun velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nemətov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə