Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 14-də saat 17 radələrində Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində Qaraçinar kənd sakini Araz Hümbətov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurmuş və sonradan avtomobil yaxınlıqdakı daş hasara çırpılıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xocalı RPŞ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB