Yolu keçən piyadanı maşın vuraraq öldürdü

Yolu keçən piyadanı maşın vuraraq öldürdü

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 14-də saat 13 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini R.Həmidli idarə etdiyi “QAZ-31” markalı avtomobillə yolu keçən paytaxt sakini Svetlana Paşayevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə