Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 59 yaşlı qadın ağır xəsarət alıb
Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
SİA xəbər verir ki, hadisə metronun Qara Qarayev stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Slobodina Valentina Yureyvna yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o çoxsaylı sınıq xəsarətləri alıb, vəziyyəti ağır qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB