Qəbələ sakinindən silah götürülüb

Qəbələ sakinindən silah götürülüb

Qəbələ RPŞ əməkdaşları tərəfindən R.Şərifovdan müvafiq sənədləri olmayan silah-sursat götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Qəbələ RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Şərifovdan müvafiq sənədləri olmayan “TOZ-16” və “TOZ-32” markalı tüfənglər, 16 ədəd patron, 1 ədəd patron kəməri və 4 ədəd giliz götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə