Lənkəranda 17 yaşlı oğlan süni göldə batıb

Lənkəranda 17 yaşlı oğlan süni göldə batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhərinin, Darquba kəndində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) süni göldə batması barədə məlumat daxil olub.

SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Nəticədə adı çəkilən kəndin sakini - 2003-cü il təvəllüdlü Əliyev Elşad Tofiq oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə