Ağcabədi sakini motosikletlə piyadanı vuraraq öldürüb

Ağcabədi sakini motosikletlə piyadanı vuraraq öldürüb

Ağcabədi şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 9-da saat 6 radələrində Ağcabədi şəhəri ərazisində şəhər sakini Ə.Quliyev idarə etdiyi motosikletlə yolu keçən həmyerlisi Şərqiyyə Nəcəfovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə