5 ağır yol-nəqliyyat hadisəsi baş verib 5 nəfər ölüb, 12 nəfər yaralanıb

5 ağır yol-nəqliyyat hadisəsi baş verib 5 nəfər ölüb, 12 nəfər yaralanıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə