Ağstafa rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən M.Abdullayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-də rayon ərazisindəki evlərin birindən 566 manat oğurlamaqda şübhəli bilinən Muğanlı kənd sakini M.Abdullayev saxlanılıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB