Saatlı və Tərtər sakinlərindən sənədi olmayan of tüfəngləri götürülüb

Saatlı və Tərtər sakinlərindən sənədi olmayan of tüfəngləri götürülüb

Saatlı və Tərtər rayon sakinlərindən sənədi olmayan of tüfəngləri götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Soltanabad kənd sakini R.İslamovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Bundan başqa , Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Kəngərli kənd sakini İ. Həsənovanın evindən “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə