Nizami rayonu ərazisində ehtiyyatsızlıqdan atasının ölümünə səbəb olmuş Ş.Süleymanlı saxlanılmış və cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 8-də saat 12 radələrində Nofəl Süleymanlının paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İlkin araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 12 radələrində Ş.Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı ov tüfəngində olan patronları boşaldarkən ehtiyyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyyəsinə dəymiş, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə baxış zamanı müvafiq sənədləri olan “Escot” markalı ov tüfəngi, 10 ədəd patron və 1 boş giliz aşkar edilərək götürülüb. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB