Yolu keçən piyadanı maşın vurdu

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 8-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində Abşeron rayon sakini A.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Zaur Cavadovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə