Narkotik alveri edən şəxsin evindən silah tapıldı

Narkotik alveri edən şəxsin evindən silah tapıldı

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Neftçala rayon sakinləri T.Hümmətov və D.Mənəfov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Neftçala RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bankə qəsəbə sakini T.Hümmətov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən D.Mənəfov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı “TOZ-8” markalı silah aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə