İndoneziyada torpaq sürüşməsi baş verib: 17 nəfər ölüb

İndoneziyada torpaq sürüşməsi baş verib: 17 nəfər ölüb

İntensiv yağan leysan xarakterli yağışlar İndoneziyanın cənubunda yerləşən Qərbi Yava vilayətində torpaq sürüşməsinə səbəb olub. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata əsasən, 17 nəfər ölüb, 4 nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşmüş hesab olunur. Xeyli sayda insanın yaşayış yerini tərk etdiyi bildirilir.

 

Hazırda hadisə ərazisində axtarış-xilasetmə işləri aparılır. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə