Keçmiş məhkum narkotik üstündə tutuldu

Keçmiş məhkum narkotik üstündə tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Aşumov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Aşumov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 11 kiloqram 800 qram marixuana aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə