Salyanda 27 yaşlı şəxs bıçaqlanaraq qətlə yetirilib

Salyanda 27 yaşlı şəxs bıçaqlanaraq qətlə yetirilib

Salyanda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Salyan rayonunun Boranıkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu qonşusu tərəfindən bıçaqlanıb. H.Hüseynov bədəninin müxtəlif hissələrindən 5 bıçaq yarası ilə Salyan rayon xəstəxanasının cərrahiyə şöbəsində əməliyyata götürülüb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 27 yaşlı yaralı yerləşdirildiyi Salyan xəstəxanasında keçinib.

Faktın təfərrüatları Salyan rayon Prokurorluğunda araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə