Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 2-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Yardımlı rayon sakini O.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Tamaşa Məlikovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB