Gəncə şəhərində dəhşətli qətl hadisəsi baş verib. 1978-ci il təvəllüdlü Məmmədov Rəşad Zülfüqar oğlu əmisi oğlu, 1957-ci il təvəllüdlü Məmmədov Siyavuş Müzəffər oğlunu döyərək öldürüb.
Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisəyə onların arasında başlayan mübahisə səbəb olub. Siyavuş Məmmədovun sərxoş halda söyüş söyməsi əmisioğlunu özündən çıxarıb. O, sərxoş vəziyyətdə olan qohumunu döyüb.
Hadisə zamanı ağır xəsarətlər alan S. Məmmədov dərhal xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB