Evdən və həyətyanı sahələrdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Ələkbərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 5 evdən və həyətyanı sahələrdən velosiped, məişət əşyaları və 22 göyərçin oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Ələkbərov saxlanılıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB