Fotostudiyadan oğurluq edən şəxs tutuldu

Fotostudiyadan oğurluq edən şəxs tutuldu

Fotostudiyaların birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Muxtarov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da rayon ərazisindəki fotostudiyaların birindən 3550 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Muxtarov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə