Xətai rayonunun Gəncə prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 1-də saat 15 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini C.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub. Nəticədə X.Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölmüş, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB