Avtomobildə narkotik vasitə - marixuana aşkar edildi

Avtomobildə narkotik vasitə - marixuana aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. SİA-nın xəbərinə görə, belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən ölkəmizə gələn "Mercedes Benz Atego" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin üzərindəki yük qismində olan "Chevrolet Curuze" markalı minik avtomobilində kağız bükümdə ümumi çəkisi 6,3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə