Goranboyda ağır qəza: sürücü və sərnişin öldü

Goranboyda ağır qəza: sürücü və sərnişin öldü

Goranboy rayonunun Səfikürd kəndi ərazisində yol-nəqliyyat hadisəs baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 31-də saat 20 radələrində Goranboy rayonunun Səfikürd kəndi ərazisində Aşağı Ağcakənd qəsəbə sakini Samin Xanlarov idarə etdiyi “AzSamand” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində, sərnişini olan həmyerlisi Əli Məmmədov isə xəstəxanada ölüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə