Kürdəmir rayonunun Qaraqocallı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 31-də saat 8 radələrində Kürdəmir rayonunun Qaraqocallı kəndi ərazisində Ağsu şəhər sakini E.Behbudov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə yolun hərəkət hissəsində velosiped sürən Şahsevən kənd sakini Ramil Novruzovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB