Osetiyada leysan yağışları daşqınlara səbəb olub

Osetiyada leysan yağışları daşqınlara səbəb olub

Şiddətli yağışlar Osetiyanın paytaxtı Vladiqafqaz şəhərində leysan daşqınlara səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəhərin bütün rayonlarında kommunal briqadalar ciddi şəkildə işə cəlb olunublar.

Qeyd edək ki, bir neçə gün aramsız yağan yağışlar nəticəsində şəhərin küçələri gölə çevrilib. Avtomobil yolları sıradan çıxıb, bir neçə rayonda elektrik enerjisi kəsilib.

 

Sinoptiklər mayın 8-dək yağşların yağacağını deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə