Bakıda köşk yanıb

Bakıda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 m2 olan köşkün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə