ABŞ-ın Memfis şəhərində iki müsəlman dini liderin mindikləri təyyarənin pilotunun onlarla uçmağı rədd etməsi səbəbindən uşuşlarına imkan verilməyib və onlar yerə endirilib.
SİA-nın "cnnturk"ə istinadən verdiyi xəbərə görə, Memfis Universitetində ərəb dilinin tədrisi ilə məşğul olan Masudur Rəhman hava limanı terminalından Şarlotta səfəri üçün mindikləri təyyarədən, onunla bərabər səfər edəcək bir imamla birlikdə endirildiklərini söyləyib.
Rəhmanın ənənəvi hind paltarı, yanındakı imamın isə ənənəvi ərəb geyimində olduğu qeyd edilib. Rəhman, əvvəl onlardan "Delta Connection" təyyarəsini tərk etmələrinin tələb olunduğunu, ancaq daha sonra minmələrinə icazə verildiyini söyləyib.
Nəqliyyat Təhlükəsizliyi İdarəsi sözçüsü Jon Allen hadisəni təsdiqləyib, yalnız bu barədə hər hansı bir əmr vermədiklərini deyib. "Delta" hava yolları sözçüsü isə, təyyarənin operatorunun "Atlantic Southeast" hava yolları olduğunu ifadə edib.
"Atlantic Southeast"in rəsmisi Jarek Bim isə açıqlamasında, "Təhlükəsizlik qaydalarını olduqca ciddi qəbul edirik. Bu hadisə isə hazırda araşdırılır" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB