Ucar rayonunda azyaşlı 5-ci mərtəbədən yıxılaraq ölüb

Ucar rayonunda azyaşlı 5-ci mərtəbədən yıxılaraq ölüb

Ucar rayonunda azyaşlı binadan yıxılıb.

SİA xəbər verir ki, hadisə saat 22 radələrində məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında baş verib.

Əmisi evinə qonaq gedən və nəzarətsiz qalan 3 yaşlı Fərhan Qədimov 5-ci mərtəbədən yıxılaraq müxtəlif növ bədən xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olduğundan oradan Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

F.Qədimovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə