"Kamaz" markalı yük avtomobili piyadanı vurdu

"Kamaz" markalı yük avtomobili piyadanı vurdu

Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, avqustun 26-da saat 22 radələrində Yevlax rayonunun Aran qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.Xuduyev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini Fikrət Sultanovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə