Keçmiş məhkum evdən oğurluq etdi

Keçmiş məhkum evdən oğurluq etdi

Evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Gəyəçöl kənd sakini V.Bayramov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 150 manat pul, məişət əşyaları, ov tüfəngi, 3 ədəd patron, bir torpaq sahəsindən isə generator oğurlamaqda şübhəli bilinən Gəyəçöl kənd sakini, əvvəllər məhkum olunmuş V.Bayramov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə