Bakının Xətai rayonunda 21 yaşlı motosiklet sürücüsünü mikroavtobus vurub
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə metronun "Əhmədli" stansiyasının yaxınlığında qeydə alınıb.
21 yaşlı Fərəcov Orxan Nəriman oğlu idarə etdiyi motosikletlə yol hərəkəti qaydalarına zidd olaraq "Dönmək qadağandır" nişanının tələbini pozub. Bu zaman onu "Mercedes" markalı mikroavtobus vurub. Qəza nəticəsində motosikletin sürücüsü O.Fərəcov ağır xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB