At üstündə adam güllələndi

At üstündə adam güllələndi
Masallı rayonunda silahlı insident baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, qanlı hadisə Mollaoba kəndində qeydə alınıb. Kənd sakini 17 yaşlı Hüseyn Hüseynzadə münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi 19 yaşlı Nicat Əliyevi yaralayıb. Milli.Az xəbər portalının verdiyi xəbərə görə, N.Əliyev xəstəxanaya yerləşdirilib. H.Hüseynzadə Masallı rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. Ondan 1 ədəd ov tüfəngi götürülüb.

Polis şöbəsinin müstəntiqi Azər Bəhmənov açıqlamasında bildirib ki, qanlı hadisəyə səbəbkar atdır. Belə ki, babasının fermasında işləyən H.Hüseynzadənin atını N.Əliyev icazəsiz minib. Həmkəndlisinin bu hərəkətini özünə təhqir bilən H.Hüseynzadə tüfəngi gətirərək onu güllələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə