Tərtərdə avtomobildən 6 minlik qızıl oğurlandı

Tərtərdə avtomobildən 6 minlik qızıl oğurlandı

Tərtər rayonu ərazisində avtomobildən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən S.İsgəndərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də rayon ərazisində bir avtomobildən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini S.İsgəndərov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə