Masallıda silahlı insident baş verib

Masallıda silahlı insident baş verib
Masallı rayonunda silahlı insident baş verib. Mollaoba kəndində, kənd sakini Hüseyn Hüseynzadə münaqişə zəminində ov tüfəngindən atəş açaraq, həmkəndlisi Nicat Əliyevə xəsarət yetirib. SİA-nın Lent.az-a istinadən verdiyi xəbərə görə, N.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. H.Hüseynzadə isə Masallı RPŞ əməkdaşları tərəfindən tutulub, ondan 1 ədəd ov tüfəngi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə