Abşeronda quyuya düşən at xilas edilib

Abşeronda quyuya düşən at xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Mehdiabad qəsəbəsində heyvan faktorunun (at) dərinliyi təqribən 3 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

SİA Nazirliyə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə