Cəlilabad sakinindən silah götürülüb

Cəlilabad sakinindən silah götürülüb

Cəlilabad rayon sakini S.İsayevdən tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş S.İsayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan “Steyr” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə